Türkiyədə tanınmış jurnalist tutuldu

Türkiyədə “Fətullahçı Terror Təşkilatı”nın çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 17 jurnalist həbs edilib.

 

APA TV-nin məlumatına görə, onların arasında tanınmış jurnalist Nazlı İlıcak da var.

 

Saxlanılan jurnalistlər əvvəlcə polis şöbəsinə aparılıb, daha sonra isə məhkəmə qarşısına çıxarılıb. Onların barəsində “terror təşkilatına üzvlük” şübhəsi ilə həbs qətimkan tədbiri seçilib. Jurnalistlər gecə saatlarında həbsxanalara aparılıblar. Nazlı İlıcak və Büşra Erdal Bakırköy qadın cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Daha 2 jurnalist isə nəzarət altında qalmaqla azadlığa buraxılıb, ölkədən çıxışına qadağa qoyulub.

 

Məlum olub ki, Bodrumda tutulan tanınmış jurnalist Nazlı İlıcak özü polisə təslim olmayıb. Onun köməkçisi ilə danışdığı, sonra isə telefonunu söndürdüyü bildirilir. Jurnalist köməkçisi ilə əvvəlcədən danışdıqları görüş yerinə gələrkən saxlanılıb. 

Müəllif | Apa.Tv
Apa.tv