Neftin qiymətində qeyri-stabillik davam edir
Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişir.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 0,24 dollar azalaraq 42,46 dollar olub.
Qərbi Texas nefti isə cüzi bahalaşıb. WTI markasının 1 barelə görə 0,46 dollar artaraq 41,60 dollar təşkil edib.
Ötən gün xəbər verdiyimiz kimi, "Brent" markalı neftin 1 barelinin qiyməti cari ilin aprelin 20-dən etibarən ilk dəfə 43 dollardan aşağı enib. Analitiklər neftin ucuzlaşmasını ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqələndirir. ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 16-22 iyul aralığında neft ehtiyatları 519,5 milyon bareldən 521,1 milyon barelədək artıb.