Türkiyədə PKK ilə qanlı döyüş: 8 hərbçi şəhid oldu, 35 terrorçu məhv edildi
Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 8 hərbçi şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Hakkari vilayətinin Çukurca qəsəbəsində terrorçular gecə saatlarında yola nəzarət edən hərbçilərə hücum edib.
Baş verən döyüşdə 5 hərbçi şəhid olub, xəstəxanaya çatdırılan 3 hərbçini isə xilas etmək mümkün olmayıb. İtkin düşən bir hərbçi yaralı halda tapılıb. Ümumilikdə 25 yaralı hərbçi xəstəxanalarda müayinə olunur.
Bölgədə hava dəstəkli antiterror əməliyyatı başlayıb. Səkkiz terrorçu məhv edilib. Əməliyyat davam etdirilir.
Vilayətin Yüksekova qəsəbəsində isə PKK-çılar Beybuta T. aerodromuna üç ayrı qrup halında daxil olmağa çalışıb. Kəşfiyyat və nəzarət vasitələri ilə aşkarlanan 23 terrorçu hava hərəkatı nəticəsində məhv edilib, dörd terrorçu isə quru əməliyyatı ilə öldürülüb.