İmişlidə zəncirvari qəza: 1 ölü, 3 yaralı
İmişlidə baş verən zəncirvari avtoqəzada üç nəfər yaralanıb, bir nəfər ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Üç avtomobilin toqquşması nəticəsində İmişli rayonunun Aranlı kənd sakini, 24 yaşlı Tacir Azər oğlu Babaşov, Beyləqan sakini, 24 yaşlı Vüqar Vüqar oğlu Ansurov, İmişli rayonunun Otuziki kənd sakini, 27 yaşlı Elvin Etibar oğlu Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.
"Mercedes" markalı avtomobilin sürücüsü, İmişli rayon sakini, 20 yaşlı Arif Zaur oğlu Quliyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.