Gədəbəydə iki maşın toqquşdu: ölən və yaralananlar var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Qızıltorpaq kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini Yaşar Məmmədovun idarə etdiyi “Zil” markalı yük avtomobili ilə Nazim Mürsəlovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli