Ağcabədidə 20 baş heyvan diri-diri yandı

Ağcabədidə heyvandarlıq təsərrüfatı yanaraq külə dönüb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaravəlli kəndində baş verib.

 

Kənd sakini  Səttar İbrahimova məxsus, ümumi sahəsi 586 kv. metr olan tövlə içərisində 20 baş iri buynuzlu heyvan və 2000 bağ ot bağlaması ilə birlikdə yanaraq kül olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğına elektrik xəttində yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir.

 

Təsərrüfat sahibi S.İbrahimovun verdiyi məlumata görə, ümumilikdə ona 70 min manat ziyan dəyib.

Müəllif | Apa.Tv
Apa.tv