Şəmkir və Tovuzda velosiped yürüşü - ÇEMPİONAT
Şəmkirdə velosiped idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir. Çoxyürüşlü velosiped idmanı üzrə açıq ölkə çempionatı yarışlarına azərbaycanlı idmançılarla yanaşı Gürcüstandan olan velosipedçilər də qatılıb. Üç gün davam edəcək yarışların birinci günü qrup yarışları start götürüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, yarışlara 72 idmançı qatılıb. Tədbir Şəmkir və Tovuzda keçiriləcək. Əvvəlcə 23 yaşınadək olan idmançılar hər biri 5 kilometrlik 12 dairədən ibarət 60 kilometrlik məsafə yürüşündə yarışıblar. Gənclərin yarışından sonra 17 yaşınadək olan yeniyetmələr də 5 kilometrlik 4 dairədə 20 kilometrlik məsafə yürüşündə qüvvələrini sınayıblar.
Yarışların yekununda qaliblərə medallar və fəxri fərmanlar təqdim edilib.
Çoxyürüşlü velosiped idmanı üzrə ölkə birinciliyi üç gün davam edəcək. Qarşıdakı iki gündə isə idmançılar Şəmkir və Tovuzda – 23 yaşınadək gənclər 120 kilometrlik yürüş və 40 kilomertlik fərdi yarışda, 17 yaşınadək oğlan və qızlar 25 kilometrlik yürüş və 10 kilometrlik fərdi yarışlarda qüvvələrini sınayacaqlar.