İsmayıllıda BMW aşdı: ölən və xəsarət alan var

İsmayıllı rayonu ərazisində bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Külüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

90 XK 575 dövlət nömrə nişanlı BMW markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məryəm Əziz qızı Quliyeva dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Nəzrin Nazim qızı Hüseynova İsmayıllı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov