Avro və rubl bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi iyul ayının 29-u ilə müqayisədə dəyişməyərək 1,5851 manat təşkil edib.
 

Bivalyuta səbətinə daxil olan avro bahalaşıb. Avronun rəsmi məzənnəsi manat qarşısında möhkəmlənərək 1,7721 manat olub.

 

Rusiya rublunun da məzənnəsi bahalaşıb. Hazırda 1000 Rusiya rublu 24 manatdır.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.


 

Müəllif | Apa.Tv
Apa.tv