Ərdoğanın qaldığı hotelə hücum edən daha 9 hərbçi tutuldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mərmərədə qaldığı hotelə hücum edən qiyamçı hərbçilərdən daha 9-u saxlanılıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 2 nəfərin isə axtarışları davam edir.

 

Hərbçilərin Muğla vilayətində yaxalandığı bildirilir. Keçirilən əməliyyat zamanı hərbiçilər polis əməkdaşlarına qarşı silahlı güc nümayiş etdiriblər. Nəticədə polislə hərbiçilər arasında təxminən bir saat davam edən atışma baş verib. Silahı yerə qoyan hərbçilərdən 9-u təslim olsa da, 2-si qaçmağa nail olub.

 

Qeyd edək ki, ötən həftə Muğla vilayətində Ərdoğanın qaldığı hotelə hücum edən daha 7 hərbçi yaxalanmışdı.

Müəllif | Apa.Tv
Apa.tv