İrəvanda polis binasını zəbt edən silahlı qrup təslim oldu

Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olub.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb.

 

“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, - deyə məlumatda deyilir.

 

Qrupun rəhbərlərindən biri Varujan Avetisyan isə bildirib ki, təslim olmalarına baxmayaraq, Ermənistanda xalq hərəkatına böyük təkan veriblər.

 

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefa verməsini, “Yeni Ermənistan” İctimai Xilas Fondunun həbsdə olan lideri və “Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv