Qubada DƏHŞƏTLİ QƏZA - nənə və nəvə ağır yaralandı
Quba rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Qonaqkənd yolunun, Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayon sakini, Seyfəddin İmamquliyevin idarə etdiyi "27 BJ 331" dövlət nömrə nişanlı “Daewoo nexia” markalı avtomaşınla əks istiqamətdə hərəkətdə olan Quba rayonu, Alekseyevka kənd sakini Məmməd Həsənovun idarə etdiyi "40 BD 733" qeydiyyatlı “Niva” markalı maşın toqquşub. Qəza nəticəsində “Daewoo nexia”da olan sərnişinlər - sürücünün anası, 1965-ci il təvəllüdlü Məryəm İmamquliyeva, qızı, 1997-ci il təvəllüdlü Aysel İmamquliyeva və “Niva”nın sürücüsü xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.