İŞİD Rusiyaya cihad elan etdi
İŞİD terror qruplaşması Rusiyanı yeni terror aktları ilə təhdid edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, internet şəbəkəsində yerləşdirilən videomaterialda dünya müsəlmanları Rusiyaya qarşı cihada çağırılır.
Kadrlarda prezident Vladimir Putinə müraciət edən terrorçular onu Rusiya vətəndaşlarının öldürüləcəyi və ölkədə terror aktlarının törədiləcəyi ilə hədələyib.
Qeyd edək ki, iyulun 29-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov rəhbərlik etdiyi idarənin sərəncamında 220 İŞİD cihadçısına aid məlumatların olduğunu bildirib.