Neft bahalaşmağa başladı
Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft ötən şənbə günü qeydə alınan qiymətlərə nisbətən bir dollardan çox bahalaşıb. Oktyabr ayı üçün bağlanan fyüçerslərdə 1 barel "Brent" nefti 43,83 dollar olub.
Qərbi Texas nefti də bahalaşıb. WTI markalı neftin 1 bareli 41,83 dollar təşkil edib.
Qeyd edək ki, iyul ayında xam neftin qiymətlərində 14 faizlik düşüş yaşanıb. Ayın son hərraclarında da qiymətlərdə ciddi dəyişiklik baş verməyib. Ötən ay ABŞ-da və Liviyada neftin istehsalında artım qeydə alınıb.