Hacıqabulda toydan qayıdan qohumlar qəzaya uğradı

Hacıqabulda toydan qayıdan qohumlar qəzaya uğrayıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gecə Bakı-Qazax magistralının 124-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

 

Bakı sakini, 1977-ci il təvəllüdlü Həsənov Namiq Firudin oğlunun idarə etdiyi “Toyota RAV 4” markalı 90 VU 363 dövlət nömrə nişanlı avtomobil beton səddə çırpılaraq bir neçə dəfə aşıb. Nəticədə sürücü və avtomobildə olan Bakı sakinləri - 1992-ci il təvəllüdlü Kamandar Rəhim oğlu Əhmədov, 1991-ci il təvəllüdlü Anar Nofəl oğlu Əlili və 1963-cü il təvəllüdlü Tahirə Məlik qızı Mahmudova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı