İmişlidə vandalizm aktı: məzar daşlarını sındırdılar

İmişlidə vandalizm aktı baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qızılkənd kəndinin ərazisinə yaxın yerləşən qəbiristanlıqda baş verib.

 

Müxtəlif şəxslərə məxsus 6 məzar daşı naməlum şəxslər tərəfindən sındırılıb. 1974-cü ildən salınan qəbiristanlıqda belə halla ilk dəfə rastlaşan sakinlər polisə müraciət edərək, məzar daşlarına qarşı vandalizm hərəkətləri edənlərin cəzalandırılmasını tələb ediblər.

 

Qeyd edək ki, qəbiristanlıq Biləsuvar rayonu ərazisinə düşdüyündən, faktla bağlı araşdırma Biləsuvar Rayon Polis Şöbəsində aparılır.

Müəllif | Apa.Tv
Apa.tv