Bakı-Tiflis-Qars dəmiryol xəttində faciə: 1 ÖLÜ, 2 YARALI

Bakı-Tiflis-Qars dəmiryol xəttinin Türkiyə hissəsinin inşaatında faciə baş verib. APA-nın Doğan Xəbər Agentliynə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunun Göyərçin kəndində baş verib.

 

Dəmiryolunun keçəcəyi tunelin inşaası zamanı əvvəlcədən hazırlanmış beton piltələrin bağlandığı dəmir qırılıb.

 

Beton piltənin altında qalan 2 fəhlədən biri- 23 yaşlı Bünyamin Arslantaş ölüb, digəri 27 yaşlı Gökhan Tunçsoy və iş yoldaşlarını xilas etməyə çalışan, 33 yaşlı Mustafa Özen isə yaralanıblar.

 

Yaralılar Qars Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Müəllif | Apa.Tv
Apa.tv