Sabah havanın temperaturu 36 dərəcəyə yüksələcək
Sabah havanın temperaturu 36 dərəcəyə yüksələcək
Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Şimal küləyi əsəcək . Havanın temperaturunun gecə 22-24 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.