Türkiyə ilə Almaniya arasında diplomatik gərginlik
Türkiyə ilə Almaniya arasında diplomatik gərginlik yaşanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, buna səbəb Almaniya Ali Məhkəməsinin prezident Rəcəb Tayyib Ərdoğanın Köln şəhərində yaşayan türklərin ötən gün 40 min nəfərin iştirakı ilə keçirdiyi mitinqə canlı bağlantı ilə qoşulmasına qadağa qoymasıdır.
Sözü gedən hadisədən sonra bu ölkənin Türkiyədəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağrılaraq, ona baş verənlərlə bağlı sərt etiraz bildirilib.