Suriyada Rusiyaya məxsus helikopter vuruldu

Suriyanın İdlib əyalətində Rusiyaya məxsus helikopter vurulub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, helikopterin göyərtəsində 3 ekipaj üzvü və iki rusiyalı zabit olub. Hazırda onların taleyi ilə bağlı məlumat verilmir. 

 

Helikopterin İdlibə humanitar yardım çatdırdıqdan sonra Xmeynim aviabazasına geri dönərkən vurulduğu açıqlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv