Dolların məzənnəsi 1,59 manata yaxınlaşır
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının avqustun 2-ə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, sabah dolların qiyməti avqustun 1-ə nisbətdə bahalaşaraq 1,5883 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,5851 manat olub.