Azərbaycanda iki yeniyetmə qızı cərəyan vurub öldürdü

Şirvan şəhərində bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında 2000-ci il təvəllüdlü şəhər sakini Mədinə Ağadur qızı Kərimovanı soyuducunun elektrik cərəyanı vurub.

 

Digər hadisə isə günorta saatlarında Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Baxışova Güllü İlqar qızını həyətlərindəki su nasosuna toxunarkən elektrik cərəyanı vurub.

 

Hər iki yeniyetmə qız Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Meyitlər Şirvan şəhəri morqunda müayinə edildikdən sonra ailələrinə təhvil verilib.

 

Faktla bağlı Sabirabad və Şirvan prokurorluqları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv