Türkiyədə növbəti terror: 6 şəhid

Türkiyənin Bingöl vilayətində terror aktı törədilib. APA TV-nin məlumatına görə, hava limanındakı növbədən qayıdan polis əməkdaşlarının olduğu avtomobilə hücum olub. Hadisə nəticəsində 6 polis əməkdaşı həlak olub, 3 nəfər yaralanıb.

 

Terror hücumu axşam saatlarında baş verib. Bingöl şəhərinin yaxınlığında polis mikroavtobusu keçərkən yolun kənarında dayanmış avtomobil partladılıb.

 

Yaralı polis əməkdaşları Bingöl xəstəxanasına çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

 

Partlayışın gücündən yolda böyük çuxur əmələ gəlib.

 

Müəllif | Apa.Tv