Türkiyədə Zəfər Bayramı şənlikləri ləğv edildi

Bu il Türkiyədə 30 avqust Zəfər Bayramı münasibətilə mərasim keçirilməyəcək. APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib.

 

Onun sözlərinə görə, Türkiyə fövqəladə dönəmlər yaşayır. Nazir deyib ki, xalq yenicə travma alıb və belə bir vaxtda bayram paradının keçirilməsi doğru deyil.

 

Məlumata görə, avqustun 30-u səhər saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Fikri İşıq və ordunun müxtəlif hissələrinin komandanları Atatürk mavzoleyini ziyarət edəcəklər. 

Müəllif | Apa.Tv
Apa.tv