Günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının rəsmi məzənnəsi 1,5883 manat olaraq müəyyənləşib. Manat avro qarşısında da dəyər itirib. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7749 manat, 1000 Rusiya rublu 23 manat 80 qəpik, 100 türk lirəsi isə 53 manatdır. Gün ərzində Gürcüstan larisi manat qarşısında 0,71% dəyər qazanıb. Hazırda 1 larinin rəsmi məzənnəsi 0,6767 manatdır.

 

Qeyd edək ki, Mərkəzi Bank valyutaların rəsmi məzənnələrini həftə içi hər gün açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv