Ekspertlər: Neft real dəyərinə satılır

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davan edir. APA TV-nin məlumatına görə, "Brent" markalı neft həftənin ilk günü qeydə alınan qiymətlərə nisbətən bir dollardan çox ucuzlaşıb. Oktyabr ayı üçün bağlanan fyüçerslərdə 1 barel "Brent" nefti 42,22 dollar olub. Ötən gün bu markadan olan neft 43,83 dollara satılırdı.

 

Qərbi Texas nefti də ucuzlaşıb. WTİ markalı neftin 1 bareli iki dollara qədər ucuzlaşaraq 40,05 dollardan satılıb.

 

Qeyd edək ki, iyul ayında xam neftin qiymətlərində 14 faizlik enişdən sonra ayın son hərraclarında qiymətlərdə ciddi dəyişiklik baş verməyib. Ötən ay ABŞ-da və Liviyada neft hasilatında artım qeydə alınıb. Neft hasilatının artımı qiymətlərin düşməsinə səbəb olur. Ekspertlər qiymətlərin 40 dollar səviyyəsində qalmasını neftin real qiyməti olaraq izah edir. Yaxın zamanlarda neftin bahalaşması gözlənilmir.

Müəllif | Apa.Tv
Apa.tv