Azərbaycanda KRİMİNAL AVTORİTET tutuldu

Azərbaycanda kriminal avtoritet həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Mirzəyev Ramil Cəbrayıl oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Saxlanılarkən ondan marixuana götürülüb.

 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Ramil Mirzəyev kriminal aləmdə “Lal” ləqəbi ilə tanınıb. 2013-cü ilin yanvarında Sumqayıtda “Saşa” ləqəbi ilə tanınan avtoritet Elnur Babayevin həbsindən sonra R. Mirəzyev şəhərdə “obşak”a baxırmış.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv