Tramp: "Üçüncü dünya müharibəsi Krımdan başlaya bilər"
ABŞ-ın Krımı Ukraynaya zorla qaytarmaq cəhdi üçüncü dünya müharibəsinin başlaması demək olacaq. APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp Ohayoda seçicilərlə görüşündə deyib.
Tramp bildirib ki, prezident seçiləcəyi təqdirdə Krımı Rusiyanın tərkib hissəsi kimi tanımaq niyyətində qalır: "Lakin bu zaman Krım vətəndaşlarının fikrinə əsaslanmaq önəmli olacaq. Bildiyim qədər, Krım əhli Ukraynanın deyil, Rusiyanın tərkibində qalmaq istəyir".
Ukraynada mövcud durumu xaos kimi dəyərləndirən prezidentliyə bildirib ki, Rusiya ilə münasibətləri yoluna qoymaq möhtəşəm olardı: "Əgər Rusiya ilə münasibətlərimiz yaxşı olsaydı və Rusiya İŞİD təhlükəsindən xilas olmağımıza kömək etsəydi, külli miqdarda pula, insan həyatına qənaət etmiş olardıq. Mən bu baxımdan münasibətlərin bərpasını pozitiv addım kimi qəbul edirəm".