Bakıda havanın hərarəti 33 dərəcəyə enəcək
Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sinoptiklər şimal-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəzlənəcəyini proqnozlaşdırır. Havanın temperaturunun gecə 22-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.
Avqustun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avqustun 3-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.