Cəlilabadda 45 yaşlı qadını əqrəb sancıb
Cəlilabadda əqrəb sancması hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Zopun kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Şəhla Eldar qızı Məmmədova həyətində yun toplayarkən əqrəb onun sol ayaq nahiyəsindən sancıb. O, əvvəlcə buna əhəmiyyət verməsə də, sonradan ayağında şiddətli ağrıların artığını hiss edib və dərhal yaxınlarına xəbər verib. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən zərərçəkmişə zəruri tibbi yardım göstərilib, əqrəb zəhəri əleyhinə zərdab vurulub.
Şəhla Məmmədovanın vəziyyətinin hazırda stabil olduğu bildirilir.