Göygöl yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15.00 radələrində qeydə alınıb. “VAZ-2107” markalı avtomobillərin toqquşması zamanı zərbənin təsirindən maşının biri yol kənarına aşıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki nəfər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 1983-cü il təvəllüdlü Tural Quiyevin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.