Sürət həddini aşdı, maşını ağaca çırpdı - ÖLÜM

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı rayonunun Qalıncaq kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Kamran Mübariz oğlu idarə etdiyi 10-GJ-313 dövlət nömrə nişanlı “VAZ 011” markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadası  cəlb olunsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb. Qəzanın sürət həddini aşma səbəbindən baş verdiyi güman olunur. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv