Əlləri qızılla oynayan dəstə ələ keçdi

Lənkəranda qızıl oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Bu barədə APA TV-nin Cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində oğurluqlar edərək, vətəndaşlara külli miqdarda ziyan vurmaqda təqsirləndirilən dəstə üzvləri yaxalanıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki,   Lənkəran rayon sakini Sadiq Mənsur oğlu Əhmədov tanışları Şaddıq Bəxtiyar oğlu Məmmədli və Ruslan Azad oğlu Abdullayevlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonunun Gərmətük qəsəbə sakinlərii Məzahir Şahab oğlu Nurullayevin, Kəmalə Əlibala qızı Nurullayevanın, Qızbəs Bayram qızı Vahabovanın, Gülnarə Beytulla qızı Qasımovanın yaşadıqları evlərə qanunsuz girərək, mənzillərdən külli miqdarda qızıl-zinət əşyaları oğurlamaqla onlara xeyli ziyan vurublar.

 

Fakt üzrə Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv