FETÖ ilə bağlılığı olan 60 min nəfər işdən çıxarıldı
Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevriliş cəhdindən sonra 58 611 nəfərin işindən kənarlaşdırıldığını və 3 499 nəfərin istefaya göndərildiyini bildirib.
APA-nın xəbərinə görə, bu barədə baş nazir “CNN Turk” telekanalına müsahibəsində deyib.
Baş nazir 86 min nəfərin şübhəli şəxs qismində izləndiyini də vurğulayıb. O bildirib ki, həmin şəxslərin FETO ilə əlaqələrinin olduğu ilə bağlı yetərincə dəlil toplansa, həmin adamları da işdən qovulma gözləyir.
Binəli Yıldırım hazırda aralarında jurnalist, hakim, yüksək rütbəli zabit, prokuror, müəllim və tələbələrdən ibarət 1297 nəfərin ölkədən çıxışına qadağa qoyulduğunu deyib.