Neftin qiyməti 40 dollar ətrafında sabitləşir
Dünya bazarında neftin qiyməti sabitləşməyə başlayıb. Aparıcı neft ölkələrində hasilatın artması qiymətlərin 40 dollar ətrafında sabitləşməsini təmin edir. Birjaların səhər seanslarında "Brent" markalı neftin bir bareli 41,86 dollardan satılıb. Qərbi Texas neftinin qiyməti isə 39,59 dollara enib. Bu, WTİ neftinin son 24 saat ərzində qeydə alınan ən aşağı qiymətidir. Analitiklər həftə ərzində qiymətlərin bahalaşması üçün iqtisadi səbəb olmadığını, 40 dollar ətrafında sabitləşmənin gələn həftəyədək davam edəcəyini bildirirlər. Ekspertlərin fikrincə, neftin ucuzlaşmasının ən böyük təsiri milli valyutalara olacaq.