Daha bir ölkə FETÖ məktəblərini bağladı

Sudan prezidenti Ömər Bəşir ölkədə Fəthullah Terror Təşkilatı (FETÖ) ilə bağlılığı olan məktəblərin bağlanmasına göstəriş verib. APA TV-nin məlumatına görə, Türkiyənin Sudandakı səfiri Cəmaləddin Aydın bildirib ki, ölkəsinin bu məktəblərlə bağlı narahatlığı ölkə başçısının nəzərinə çatdırılıb və Sudan rəhbərliyi müvafiq qərar qəbul edib. Ankara Sudanın atdığı bu addımı müsbət dəyərləndirib.

 

Azərbaycan, Somali və İordaniya FETÖ-yə bağlı məktəblərin bağlanmasına dair Ankaranın təşəbbüsünü müsbət dəyərləndirsə də, Qırğızıstan, Qazaxıstan, İndoneziya, Nigeriya və Keniya bu məktəbləri bağlamaqdan imtina ediblər. Qazaxıstan Təhsil Nazirliyi ölkədə FETÖ-yə bağlı 27 məktəbin fəaliyyətini davam etdirəcəyini açıqlayıb və bildirib ki, bu məktəblər prezident Nursultan Nazarbayevlə Türkiyənin mərhum prezidenti Turqut Özal arasında anlaşmaya əsasən açılıb.

 

Xatırladaq ki, Türkiyədə silahlı çevriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənə bağlı 170 ölkədə 3 mindən artıq təhsil qurumu fəaliyyət göstərir. 

Müəllif | Apa.Tv
Apa.tv