FETÖ həkimləri Gülhanədə general Qalib Mendiyə zəhər veriblər

Türkiyə Jandarma Qüvvələrinin sabiq komandanı, ordu generalı Qalib Mendi silahlı çevriliş cəhdindən əvvəl FETÖ terror təşkilatının üzvləri tərəfindən zəhərlənib.

 

APA TV-nin məlumatına görə, bu barədə Türkiyə hökumətinə yaxın mənbələr məlumat veriblər. Çevrilişdən bir neçə saat sonra infarkt keçirən general Qalip Mendi Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Müayinələr zamanı generalın qanında yüksək dozada "antihistamin" adlandırılan zəhər aşkarlanıb. Həkimlər ilk öncə analizlərin nəticələrinə inanmayaraq, təkrar qan nümunələri götürüblər. İkinci və üçüncü analizlərdən sonra ordu generalının qanunda zəhərli maddə olması təsdiqlənib. Araşdırma zamanı tərkibində antihistamin zəhəri olan dərmanların general Qalip Mendiyə digər dərmanlarla birlikdə məcburən içirdildiyi məlum olub.

 

Daha bir məlumata görə, generala zəhər çevrilişlə bağlı Gülhanədə müalicə olunan zaman verilib. Həkimlər generala zəhər verildiyi barədə hesabatı Silahlı Qüvvələr Baş Qərargahına və hökumətə təqdim ediblər.

 

Qeyd edək ki, antihistaminin yüksək dozada qəbulu yaddaşın itməsinə, fikir dağınıqlığına və güclü yorğunluğa səbəb olur. 

 

Müəllif | Apa.Tv
Apa.tv