İsmayıl Haqqı Pekin: "Necdet Özel dedi ki, onların FETÖ üzvü olduğuna inanmıram"
Türkiyə hökuməti silahlı çevriliş cəhdindən bir ay əvvəl orduda yüksək vəzifələr tutan 1700 FETÖ üzvünün siyahısını Silahlı Qüvvələr Baş Qərargahına təqdim edibmiş. Bundan başqa Fəthullah Terror Təşkilatı ilə əlaqələri olan 400 mülki məmurun da siyahısı ordu rəhbərliyinə verilib. APA TV-nin məlumatına görə, bu barədə Sİlahlı Qüvvələr Baş Qərargahının Kəşfiyyat İdarəsinin sabiq rəhbəri İsmayıl Hakkı Pekin deyib.
Onun sözlərinə görə, əllərində siyahı olmasına rəğmən ordu rəhbərliyi FETÖ üzvü olan hərbçilərlə bağlı heç bir tədbir görməyib: "Adamların kimliyi məlum idi, niyə vaxtında tədbir görmədilər? Təəssüf ki, iş bu nöqtəyə gəlib çıxdı, o hərbçilərin gerçək kimliyini artıq cinayət törətməyə başladıqları vaxt gördük".
İsmayıl Haqqı Pekin 2013-cü ildə sabiq Baş qərargah rəisi Necdet Özəllə görüşdüyünü deyib: "Mənə dedi ki, hökumət 1300 nəfərlik siyahı göndərib. Siyahıda bəzi adamları yaxşı tanıdığını, onların Fəthullah Terror Təşkilatına üzv olduqlarına inanmadığını söylədi. Dedi ki, heç ağlım kəsmir ki, bu adamlar FETÖ-çüdür. Həmin adamlarla bağlı hökumətdən əlavə məlumat və dəlil istəyib və siyahıdakı şəxslərin Türkiyə ordusundan xaric edilməsinə icazə verməyib".