Türkiyədə ikinci çevriliş planı - İQTİDAR AÇIQLADI
"Türkiyədə növbəti çevriliş cəhdinə hazırlıq olduğuna dair əlimizdə kəşfiyyat məlumatları var". APA TV-nin məlumatına görə, bu fikirləri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
O, çevrilişə hazırlananların planları barədə hökumətdə dəqiq məlumatlar olduğunu bildirib: "Bu planları ilk dəfə açıqlayıram. İlk öncə PKK və İŞİDə bağlı bəzi güclər Türkiyə ərazisinə keçməyə çalışacaq. Türkiyənin bir çox vilayətlərində eyni vaxtda terror aktları törədəcəklər. Polis qüvvələrimiz bu terror aktlarına mübarizəyə cəlb olunan zaman FETÖ-nün tör-töküntüləri yeni bir çevrilişə cəhd göstərəcəklər. Və yeni çevriliş cəhdinə bəzi xarici ölkələrin də dəstək verəcəyi bildirilir. Ölkəmiz də, xalqımız da bu sınaqdan uğurla sıxacaq. Əgər ikinci dəfə də uğursuzluğa düçar olsalar, bu zaman sui-qəsdlərə başlayacaqlar. Türkiyədə sui-qəsdlər baş verməsinin şahidi olacaqsınız. İlk mərhələdə 8 nəfərə qarşı sui-qəsd ediləcək. Ondan sonra isə küçə döyüşləri başlayacaq. Belə bir planları olduğu barədə xəbərlər alırıq".
Melih Gökcək sui-qəsd ediləcək şəxslərin siyahısında özünün də adının olduğunu deyib.