Antalyanın mərkəzi meydanında partlayış!

Antalyanın Cümhuriyyət meydanında partlayış baş verib. APA TV-nin məlumatına görə, “Demokratiya növbəsi” mitinqlərinin keçirildiyi meydanın 100 metrliyində baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb.

 

Antalya təhlükəsizlik xidmətinin rəhbəri Cəmil Tonbul bildirib ki, partlayışa sadə partlayıcı qurğu səbəb olub. Partlayışla əlaqədar meydanda qısamüddətli təşviş yaranıb.

 

Mitinq üçün qurulan tribunadan edilən xəbərdarlıqlardan sonra sakitlik bərpa olunub. Antalya valisi Münur Karaoğlu hadisə yerinə baxıb, araşdırmalara rəhbərlik edib.

 

 

 

Müəllif | Apa.Tv