Şamaxıda zəhərli həşəratın sancdığı 14 yaşlı qız ölüb
Şamaxı rayonunda zəhərli həşəratın sancdığı 14 yaşlı qız dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı rayonunun Quşçu kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlovanı yaşadığı evin həyətində zəhərli həşərat sancıb. O, təcili olaraq Şamaxı rayon Xəstəxanasına çatdırılıb. Sonradan Ruqiyyə Adıgözəlovanın vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərindəki Respublika Toksikologiya Mərkəzinə göndərilib. Həkimlərin səyinə baxmayaraq Ruqiyyə Adıgözəlovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.