Təcili tibbi yardım maşını PİYADANI ÖLDÜRDÜ
Paytaxtda təcili yardım avtomobili piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib. Hadisə oktyabrın 20-də saat 22.00 radələrində radələrində baş verib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Kürdəxanı-Zabrat yolunun rayonun Məhəmmədi qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Namiq Zahid oğlu Əliyevin idarə etdi “90-JD-688” dövlət nömrə nişanlı “Mercedes Spirinter” markalı təcili yardım avtomobili yolu keçmək istəyən Namiq Fərhad oğlu Mustafayevi vurub. N. Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA TV-yə verdiyi məlumata görə bədbəxt hadisə piyadanın qəflətən yola çıxması nəticəsində baş verib. Tibbi personal cağırışdan qayıtdıqları vaxt sürücü sürət həddini tənzimləyə bilməyib. Yaralıya ilk tibbi yardımı maşında olan həkim personalı göstərib. Lakin piyada Namiq Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.