Dollar, avro, rubl, lirə, lari - Günün rəsmi məzənnələri
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında möhkəmlənməkdə davan edir. Mərkəzi Bank 1 dolların kursunu 1,5947 manat olaraq açıqlayıb. Avronun məzənnəsində isə ucuzlaşma müşahidə olunur. Bu gün avronun rəsmi kursu 1,7775 manatdır. Digər önəmli valyutalardan 1000 Rusiya rublu 24 manat, 100 türk lirəsi isə 52 manat 86 qəpikdir. Gürcüstan larisinin məzənnəsində də artım var. Rəsmi məzənnəyə əsasən 100 gürcü larisi 67 manat 83 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankl xarici valyutaların kursunu hərfə içi hər gün açıqlayır.