Neft niyə bahalaşır?
Uzun fasilədən sonra dünya bazarında neftin qiymətində artım qeydə alınıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 43,63 dollar olub. Birjaların səhər seanslarında "Brent" neftinin bir bareli 43,30 dollardan satılır. Qərbi Texas neftinin qiymətində də artım var. Sutka ərzində WTİ neftinin maksimum qiyməti 41,39 dollar olub, səhər seanslarında isə bu markadan olan neft 41,11 dollardan satılmağa başlayıb. Qeyd edək ki, Qərbi Texas neftinin qiyməti son həftə ərzində ilk dəfə olaraq 40 dollarlıq həddi keçib.
Ekspertlər neftin bahalaşmasını ABŞ Energetika Nazirliyinin axşam saatlarında açıqladığı hesabatla əlaqələndirir. Hesabata əsasən, ölkədə hasil edilmiş xam neft ehtiyatlarının həcmi həftə ərzində artsa da, benzin ehtiyatları və hasilat quyularının sayı azalıb. Bu xəbər birjalarda neftin qiymətlərinin orta hesabla 1,3 faiz bahalaşmasına səbəb olub.