Meteohəssas insanlar, diqqət!
Sabah ölkə ərazisində hava yağmursuz keçəcək, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Sinoptiklərin məlumatına görə, havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 32-37 dərəcə, Bakıda gecə 23-25 dərəcə, gündüz 35-37 dərəcə isti olacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.
Növbəti üç gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
Bölgələrdə havaların əsasən yağmursuz keçəcəyi, axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.