Çevrilişdə iştirak edən general belə öldürüldü - REAL GÖRÜNTÜ

Türkiyədə 15 iyul gecəsi Özəl Qüvvələr Komandanlığında çevrilişdə iştirak edən general Semih Terzinin öldürülməsinin videogörüntüləri yayılıb. APA TV-nin məlumatına görə, çevrilişə cəhd günü general Semih Terzi özəl qüvvələr komandanı Zekai Aksakallını girov götürmək üçün qərargaha gəlib. Aksakallı öz adyutantına general Semih Terzini vurmaq əmri verib və adyutant Ömər Halisdəmir əmri yerinə yetirib. Tapançasını çıxararaq Semih Terzini alnından vuran adyutant daha sonra çevrilişdə iştirak edən digər hərbçilərin açdığı atəş nəticəsində şəhid olub.

 

Müəllif | Apa.Tv
Apa.tv