Ərdoğan: "Yeniqapı mitinqində Azərbaycan bayraqları da dalğalanacaq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 avqust Yeniqapı mitinqində Azərbaycan bayrağının dalğalanacağını bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, o, bu fikri Türkiyənin iş adamları ilə görüşdə deyib.
Onun sözlərinə görə, Yeniqapı mitinqində Türk bayrağından başqa bayraq dalğalanmayacaq. "Demokratiya və şəhidlər mitinqi olduğu üçün bu anlamlı. Və oraya Türk bayrağından başqa bayraq əsla gəlməsini istəmədim. Yəni orda bayrağımız xaric hər hansı bayraq istəmirik. Bu arada alışqanlığımızdır ki, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan bayraqları orada dalğalana bilər. Ondan şübhəmiz yoxdur".
Ərdoğan MHP lideri Dövlət Baxçəliyə mitinqdə şəxsən iştirakına görə təşəkkürünü bildirib, mitinqə heyət göndərən CHP lideri Kamal Kılıçdaroğluna səslənib: "Cənab Baxçəlinin bu dəvəti qəbul etmə xəbərini aldıq. Sağ olsunlar, var olsunlar. Mən əslində cənab Kılıçdaroğlunun da orada olmasını istəyirəm. Onlar da bir heyətlə qatılacaqlarını açıqladılar. Elə zənn edirəm ki, durumu təkrar gözdən keçirər və onlar da bazar günü Yeniqapıda olma qərarı verərlər".
Qeyd edək ki, avqustun 7-də Yeniqapı meydanında prezident sarayının təşkilatçılığı ilə mitinq keçiriləcək.