“Qəbələ” Avroliqanın pley-off mərhələsində!

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. APA TV-nin məlumatına görə, təmsilçimiz “Qəbələ” cavab oyununda Fransanın “Lill” klubu ilə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar.

 

Matça fəal başlayan təmsilçimiz hesabı açan tərəf olub. 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiç uzaqdan vurduğu möhtəşəm qolla komandasını önə keçirib.

 

Matç boyunca daha bir neçə təhlükəli vəziyyət yaradan komandamıza oyunçuların qeyri-dəqiqliyi mane olub.

 

Rəqib komanda oyunun son dəqiqələrində fəallaşsalar da, bərabərlik qolunu vura bilməyiblər.

 

"Qəbələ"nin möhtəşəm qələbəsi sayəsində Azərbaycan ardıcıl üçüncü il Avropa Liqasının pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.

 

Xatırladaq ki, Çempionlar Liqasının son təsnifat mərhələsində iki oyunun nəticəsində görə, "Plzen" klubunu keçə bilməyən "Qarabağ" klubu da mübarizəni Avropa Liqasında davam etdirəcək. “Qəbələ” klubu pley-off mərhələsində ötən ilki uğurunu təkrarlamağa çox yaxındır. O zaman 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə edən təmsilçimiz 5 qələbə qazanıb.

 

Müəllif | Apa.Tv