Keçmiş polis rəisinin oğlu qəzada öldü

İmişlidə baş verən qəzada 27 yaşlı sürücü ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kürdəmir-İmişli magistralında, Allahmədətli  kəndi ərazisində qeydə alınıb.  “Range Rover” markalı, 90 EP 003 dövlət nömrə nişanlı avtomobili idarə edən İmişli rayonunun Bəcirəvan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.

 

Sürücü aldığı xəsarətlərdən İmişli rayon xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran RPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv