Bakıda ŞOK OLAY: ana 15 yaşlı qızını qətlə yetirdi

Bakıda ana qızını öldürüb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğub öldürüb. Z. Cəfərova saxlanılıb.

 

İlkin araşdırma zamanı məlum olub ki, ana və 15 yaşlı qızının münasibətləri bir müddətdir pozulubmuş. Qızının hərəkətlərindən narahat olan Z. Cəfərova ona bir neçə dəfə xəbərdarlıq edib. Nəhayət, əsəblərinə hakim ola bilməyən 35 yaşlı qadın 15 yaşlı qızını boğaraq öldürüb.

 

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Züleyxa Cəfərova tutulub. Qeyd edək ki, ailə başçısı da hazırda həbsxanadadır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv